Paytaxtdan paytaxta köç? - 120 milyon avroluq yarımmüdafiəçini transfer etmək istəyirlər

1 Dekabr 2025 18:40 İspaniya 1 013
Paytaxtdan paytaxta köç? - 120 milyon avroluq yarımmüdafiəçini transfer etmək istəyirlər

“Real” “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysın oyunundan ciddi şəkildə təsirlənib.

“Kral klubunun” baş skautu Çempionlar Liqasının “Bayern”ə qarşı keçirilən və “topçular”ın 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə ingilis futbolçunun çıxışına valeh olub.

Həmin qarşılaşmada 26 yaşlı yarımmüdafiəçi matçın ən yaxşı oyunçusu seçilmişdi.

Sportinfo.az “E-Noticies”-ə istinadən xəbər verir ki, “Real” yaxın gələcəkdə İngiltərə millisinin üzvünü transfer etmək imkanını nəzərdən keçirməyə hazırdır. “Transfermarkt” onu 120 milyon avro dəyərində qiymətləndirir.

Deklan Raysın “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir və daha bir mövsüm uzadılması variantını da ehtiva edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti