“Barselona” “kasıblığ”ı ilə təəccübləndirib - Levandovskini

01:40 İspaniya 65
“Barselona” “kasıblığ”ı ilə təəccübləndirib - Levandovskini

Robert Levandovskinin bioqrafiyasının müəllifi Sebastyan Staşevski bildirib ki, polşalı hücumçu “Barselona”ya qoşulduğu ilk günlərdə klubun ciddi qənaət rejiminə şahid olub.

Onun sözlərinə görə, Levandovski komandanın yeməkxanasında bəzi növ ət və balığın menyuda olmamasına təəccüblənib.

Polşalı forvard 2022-ci ilin yayında “Bayern”dən “Barselona”ya keçəndən sonra Floridada (ABŞ) keçirilən təlim-məşq toplanışı zamanı bu durumu görərək səbəbini soruşub və klub ona maliyyə səbəblərindən qənaət etməli olduqlarını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, müəllif Staşevski bioqrafiyada Levandovskinin buna görə əsəbiləşmədiyini qeyd edib:

“O, buna görə əsəbiləşmədi, sadəcə təəccübləndi. Levandovski çox tələbkardır, bunu Polşa millisində də göstərir. O, hətta şorbanın keyfiyyətsiz hazırlanmasını belə, dərhal hiss edir. Bu mövzuda demək olar ki, obsessivdir (seçici). Xaraktercə qapalıdır, qışqıran tip deyil, amma son dərəcə seçicidir. Həmişə belə olub”.

Müəllif əlavə edir ki, Levandovski bu vəziyyəti problemə çevirməyib, çünki klubun ağır maliyyə durumundan xəbərdar idi və “Barselona”ya kömək etmək üçün ilk illik maaş tələblərini öz istəyilə aşağı salmışdı.

Staşevskinin sözlərinə görə, vəziyyət hazırda dəyişib:

“İndi bildiyim qədəriylə, menyuda daha çox növ ət və balıq var. Artıq belə çətinliklər yoxdur. O vaxt Levandovski bu məsələni soruşmaq üçün aşpaza yaxınlaşmışdı. Halbuki həmin gün onlar ilk dəfə görüşürdülər. Bu detallara həssaslığı onun uğurunun tərkib hissəsidir”.

Bioqrafiyada daha bir maraqlı iddia yer alır: “Barselona” 2022/23 mövsümünün son matçlarında Levandovskinin çox qol vurmasını “arzulamayıb”, çünki əlavə qollar “Bayern”ə bonus ödənişini aktivləşdirəcəkdi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!