“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində klubdan ayrılmağa məcbur qala bilər.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 33 yaşlı qolkiper artıq vəziyyəti dərk edir və karyerasını davam etdirmək üçün mühit dəyişməyin ən doğru addım olduğunu düşünür.
Baş məşqçi Hans-Diter Flik onu yenidən əsas heyətə qaytarmağı planlaşdırmır.
Bu isə Ter Ştegenin qarşıdakı dünya çempionatını buraxması riskini artırır. Millinin heyətinə düşmək üçün almaniyalı qapıçı qışda özünə yeni komanda tapmalıdır.
Məlumata görə, Türkiyənin bir neçə klubu Ter Ştegenə maraq göstərir, ancaq “Barselona” hələlik konkret təklif almayıb.

