Məşhur klub doğma məkana nə vaxt qayıdacaq? - AÇIQLANDI

16 Aprel 15:40 İspaniya 507
Məşhur klub doğma məkana nə vaxt qayıdacaq? - AÇIQLANDI

“Barselona”nın “Kamp Nou” stadionuna qayıtmasının gözlənilən tarixi açıqlanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub yenidənqurma işlərini bu ilin sentyabrında başa çatdırmağı planlaşdırır.

Bütün proseslər tamamlandıqdan sonra stadionun tutumunun 105 min tamaşaçı olacağı gözlənilir.

“Kamp Nou”nun yenidən qurulmasına 2023-cü ildə başlanıb. O vaxtdan kataloniyalılar ev oyunlarını Barselonanın 56 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda keçirirlər.

31 turdan sonra “Barselona” 70 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti