Əlavə dəqiqələr olmayacaq - Superkubok qərarı verildi

12 Oktyabr 2024 10:20 İspaniya 2 130
Əlavə dəqiqələr olmayacaq - Superkubok qərarı verildi

İspaniya Futbol Federasiyası ölkə Superkuboku finalının qaydaları ilə bağlı dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, final qarşılaşmasında əlavə vaxt ləğv olunub.

Bundan sonra əsas vaxtı heç-heçə ilə yekunlaşan final matçlarında, birbaşa penaltilər seriyası oynanılacaq.

İspaniya Superkubokunun sonuncu qalibi “Real Madrid” klubu olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!