Məşhur hücumçu "Real"a keçməkdən niyə imtina etdi?

22 İyul 2024 10:00 İspaniya 993
Məşhur hücumçu "Real"a keçməkdən niyə imtina etdi?

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland “Real Madrid”ə keçmək fikrindən daşınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “FourFourTwo”nun məlumatında deyilir.

Belə ki, buna səbəb Kilian Mbappenin “kral klubu”na keçidi səbəb olub. Haalanda Madrid klubuna keçsə, start heyətdə oynayacağına inanmır.

Buna baxmayaraq, forvard özünü İspaniya La Liqasında sınamaq istəyir və hazırda Kataloniya “Barselona”sına keçmək barədə düşünür.

Ötən mövsüm hücumçu “Mançester Siti”nin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 38 qolvə 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Onu da bildirək ki, KİV-də “Real”ın Kiliandan sonra növbəti hədəfinin Erlinq Haaland olduğu irəli sürülürdü.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR