“Mən hörmətsizlik etmək istəmirəm: o, yüksək səviyyəli oyunçu deyil”

30 May 2024 01:30 İspaniya 4 507
“Mən hörmətsizlik etmək istəmirəm: o,  yüksək səviyyəli oyunçu deyil”

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer “Espanyol”dan icarə əsasında “Real”da çıxış edən Xoselunun performansını dəyərləndirib.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, ispaniyalı forvardın yüksək səviyyəli oyunçu olmadığını bildirib:

“Mən hörmətsizlik etmək istəmirəm: o, sadəcə olaraq dünyanın ən böyük klubunu Çempionlar Liqasının finalına çıxarmaq üçün iki qol vurdu.

Xoselu finalda qələbə qolunu vura bilər, lakin açıq-aydın görünür ki, o, yüksək səviyyəli oyunçu deyil”.

“Real” yayda Xoselunu milyon yarım avroya ala bilər. O, İspaniya çempionatında 10 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR