"Barselona"dan ayrılan hücumçu bu klubla müqavilə bağladı

2 İyul 2022 18:40 İspaniya 462
"Barselona"dan ayrılan hücumçu bu klubla müqavilə bağladı

PSV heyətini yeni futbolçu ilə gücləndirib,

Sportinfo.az xəbər verir ki, Eyndhoven təmsilçisi "Sevilya"nın hücumçusu Luk de Yonqu transfer edib.

Niderland millisinin üzvü tibbi müayinədən keçib. Təcrübəli qolçu ilə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

PSV-nin de Yonq üçün "Sevilya"ya 4,5 milyon avro ödəyəcəyi bildirilir.

31 yaşlı forvard son mövsümü icarə əsasında "Barselona"da keçirib. O, Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”