6-8 həftə oynamayacaq - "Mançester Siti"nin futbolçusu

23 Oktyabr 2020 09:42 İngiltərə 443
6-8 həftə oynamayacaq -

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Portu" ilə matçda (1:3) zədələnən "Mançester Siti"nin futbolçusu Fernandinyonun durumu ciddidir.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib.

O, 84-cü dəqiqədə meydanı tərk etməli olan 35 yaşlı yarımmüdafiəçinin 6-8 həftə oynamayacağını bildirib.

"Mançester Siti"də Kevin de Brüyne, Qabriel Jesus, Nathan Ake, Benjamin Mendi və Emerik Lyaport da zədədən əziyyət çəkir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"