Premyer Liqa klubundan yeni transfer - İspaniyadan gəldi

13 Avqust 2020 19:30 İngiltərə 1 197
Premyer Liqa klubundan yeni transfer - İspaniyadan gəldi

"Sauthempton” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Valyadolid”in müdafiəçisi Məhəmməd Salisunu transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı qanalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Britaniya mətbuatının yazdığına görə, “Sauthempton” bu transferə görə 10.9 milyon funt-sterlinqindən keçib.

Salisu ötən mövsüm bütün turnirlər daxil olmaqla 32 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti