Qapıçını az məbləğ qarşılığında buraxacağı gözlənilir

12 Avqust 2023 00:00 İngiltərə 1 179
Qapıçını az məbləğ qarşılığında buraxacağı gözlənilir

“Tottenhem”in qapıçısı Uqo Llorisin karyerasını davam etdirmək üçün bir neçə variantı var.

Sportinfo.az xəbər verir ki, İtaliyanın “Latsio” klubu onun xidmətində maraqlıdır.

Llorisin özü də İtaliya klubuna keçməyin əleyhinə deyil.

“Tottenhem”in qapıçını az məbləğ qarşılığında buraxacağı gözlənilir. Artıq danışıqlara başlanılıb.

Həmçinin, Tibo Kurtuanın zədələnməsindən sonra Llorisin xidməti “Real”a da təklif edilib. Lakin Madrid klubunun siyahısında daha yüksək səviyyəli hesab edilən qapıçılar var.

36 yaşlı Lloris ötən mövsüm “Tottenhem”in heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 45 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR