Premyer Liqanın autsayderləri “hazır kökə” istəyir

1 Aprel 2020 16:00 İngiltərə 388
Premyer Liqanın autsayderləri “hazır kökə” istəyir

İngiltərə Premyer Liqasının autsayderləri özlərini sığortalamaq niyyətindədirlər.

Sportinfo.az xəbər verir ki, autsayderlər Premyer Liqada yerlərini qorumaq üçün bu mövsümün dayandırılmasını, nəticələrin isə ləğv olunmasını istəyirlər.

Bununla bağlı turnir cədvəlində son 4 pillədə olan komandalar Premyer Liqa rəhbərliyinə müraciət ediblər. Amma top-klublar bunun əleyhinə çıxırlar.

Çünki belə olacağı halda, top-klubların maliyyə itkisi daha çox olacaq. Premyer Liqa rəhbərliyi bəzi variantları nəzərdən keçirir və hələ yekun qərar verməkdə tələsmir.

Rəhbərlik hesab edir ki, bütün ölkə koronavirusla mübarizə apardığı bir vaxtda futbolu müzakirə etmək etik deyil.

Digər Xəbərlər
Xəbər Lenti