"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi İngiltərənın aşağı liqa klubunda

28 İyun 2023 02:00 İngiltərə 854
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi İngiltərənın aşağı liqa klubunda

Çempionşipi tərk edən “Redinq”ə yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə məlumat yayıb.

Bu vəzifəyə ispaniyalı Ruben Selles gətirilib.

40 yaşlı mütəxəssis vəzifəsinin icrasına işçi vizası aldıqdan sonra başlayacaq. Selleslə müqavilənin detalları barədə hələlik məlumat verilmir.

Selles ötən mövsümün son 3 ayında İngiltərə Premyer Liqa təmsilçisi “Sauthempton”da baş məşqçi olub. Bu komanda yekunda APL-i tərk edib.

Selles 2012-14-cü illərdə “Neftçi”, 2015-17-ci illərdə isə “Qarabağ”da köməkçi-məşqçi kimi çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR