“Zirə” Avropada ən az qol buraxan komandalardan biri oldu

25 Yanvar 03:30 Zirə 748
“Zirə” Avropada ən az qol buraxan komandalardan biri oldu

“Zirə” Avropanın milli çempionatlarında ən az qol buraxan komandalardan biridir.

Sportinfo.az xəbər verir ki, “report”un araşdırmasına görə, Bakı klubu Azərbaycan Premyer Liqasının geridə qalan 19 turunda 10 dəfə meydanın mərkəzinə dəvət edilib.

Bu isə orta hesabla hər görüşə 0,53 qol deməkdir. Rəşad Sadıqovun kollektivi qitənin ən yaxşı 7-ci göstəricisinə şərikdir. Xorvatiyanın “Hayduk” klubu da ölkə çempionatında eyni nəticəyə imza atıb.

Siyahıya Niderlandın PSV klubu başçılıq edir. Eyndhoven təmsilçisi Erediviziyada keçirdiyi 18 oyunda 8 qol buraxıb. Peter Boşun yetirmələrinin orta hesabla hər matçda passivinə 0,44 qol düşür. İlk “üçlük”də qərarlaşan digər iki komanda Malta klubları “Slima” və “Floriana”dır.

Top-5 liqa klublarından yalnız İtaliya “İnter”i “Zirə”dən yaxşı nəticəyə malikdir. A seriyasının lideri də “Zirə” qədər qol buraxıb. Yeganə fərq ondadır ki, “neradzurra” bir matç çox keçirib.

“Yuventus” (İtaliya – 0,57), “Qalatasaray” (Türkiyə - 0,57), “Benfika” (Portuqaliya – 0,61), “Real” (İspaniya – 0,65), “Portu” (Portuqaliya – 0,67) və “Seltik” (Şotlandiya – 0,68) kimi tanınmış klublar müdafiə xətti etibarlı olan 50 komanda arasında yer alsalar da, heç birinin göstəricisi “Zirə”dən yaxşı deyil.

Avropada bu mövsüm ən az qol buraxan komandalar:

1. PSV (Niderland) – 18 oyun / 8 qol (orta hesabla 0,44)

2-3. “Slima” (Malta) – 13 / 6 (0,46)

2-3. “Floriana” (Malta) – 13 / 6 (0,46)

4-6. “Petrokub” (Moldova) – 14 / 7 (0,50)

4-6. “Şerif” (Moldova) – 14 / 7 (0,50)

4-6. “İnter” (İtaliya) – 20 / 10 (0,50)

7-8. “Zirə” (Azərbaycan) – 19 / 10 (0,53)

7-8. “Hayduk” (Xorvatiya) – 19 / 10 (0,53)

9-10. ÇSKA (Bolqarıstan) – 20 / 11 (0,55)

9-10. “Reyncers” (Şotlandiya) – 20 / 11 (0,55)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!