“İnsanlar ölür, biz futbol oynayırıq”

14 Mart 2020 09:14 İngiltərə 576
“İnsanlar ölür, biz futbol oynayırıq”

“Vulverhempton”un baş məşqçisi Nunu Eşpirito Santo Avropa Liqasının 1/8 final mərhələsində “Olimpiakos”la keçirilən ilk oyundan sonra maraqlı açıqlama ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, Pireydə 1:1 başa çatan qarşılaşmadan sonra portuqaliyalı mütəxəssis etirazını bildirib.

O, dünyada insanların koronavirus xəstəliyindən öldüklərini deyərək, belə vəziyyətdə oyun keçirməyin düzgün addım olmadığını söyləyib: “Meydana çıxıb oyun keçiririk və dünyada baş verənləri yaxşı bilirik. İnsanlar ölür və ölməyə davam edirlər. Biz isə futbol oynayırıq. Absurd durumdur”.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Vulverhempton”da çıxış edir. Gənc forvard Premyer Liqa klubunun U-23 komandasının oyunlarında meydana çıxır.

Digər Xəbərlər
Xəbər Lenti