Londonda möhtəşəm derbidə 4 qol vuruldu - VİDEO

22 Yanvar 2020 11:49 İngiltərə 711
Londonda möhtəşəm derbidə 4 qol vuruldu - VİDEO

İngiltərə Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, "Çelsi" evdə "Arsenal"la qarşılaşıb. Möhtəşəm, gərgin və maraqlı keçən London derbisində 65 dəqiqə azlıqda oynayan Mikel Artetanın "topçular"ı son dəqiqə qolu ilə 1 xal qazanmağa nail olub - 2:2.

Premyer Liqada turnir cədvəlinə 64 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 51 xalla 2-ci, "Lester Siti" 45 xalla 3-cü, "Çelsi" 40 xalla 4-cüdür. 30 xalı olan "Arsenal" 10-cu sırada qərarlaşıb.

"Çelsi" - "Arsenal" 2:2

Qollar: Jorjinyo, 28 (pen.), Sezar Aspilikueta, 84 - Qabriel Martinelli, 63, Hektor Belyerin, 87

Qırmızı vərəqə: David Luis, 26.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!