
“Arsenal”ın yeni yarımmüdafiəçisi Martin Subimendi komandanın baş məşqçisi Mikel Arteta haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Arteta məndə nə görüb, bilmirəm, amma çoxdan onu Avropanın ən yaxşı məşqçilərindən biri hesab edirdim.
“Real Sosyedad”dan ayrıldıqdan sonra mənə yaxşı məşqçi lazım idi və məncə, onu tapdım. Mən “Arsenal”a qısa müddətdir ki, gəlmişəm.
Amma Artetanın oyunun hər aspektində nə qədər vasvası olduğunu artıq hiss etdim. Düşünürəm ki, o, çox ehtiyac duyduğum məşqçidir”.
26 yaşlı futbolçu iyulun əvvəlində 70 milyon avroya “Real Sosyedad”dan İngiltərə klubuna keçib.