“Sabah”ın legioneri Aden Makkarti Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda Dortmund "Borussiya"sı ilə keçirilən oyundan (1:2) sonra fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, oyunda qol vurmağı bacaran cənubi afrikalı müdafiəçi jurnalistlərə müsahibəsində bu matçı heç vaxt unutmayacağını deyib:
"Nəticə mənim üçün yaxşı deyil. Təbii ki, bu oyundan öyrənməli olduğumuz çox şey var.
Amma Çempionlar Liqasında ilk qolumu vurmağım və bunu "Sabah"ın heyətində etməyim mənim üçün çox böyük əhəmiyyət daşıyır. Karyeramda heç vaxt unutmayacağım anlardan biridir".
Makkarti vurduğu qoldan sonra aldığı dəstəklə bağlı da danışıb:
"Sosial şəbəkələrdə böyük coşqu var, hər şeyi görürəm. Vətənimdəki azarkeşlərimə, məni dəstəkləyən hər kəsə, ailəmə olan sevgimi çatdırmaq istəyirəm.
Hər şeyin fərqindəyəm və buna görə çox minnətdaram".
