Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun və Olimpiya çempionu Tatyana Navkanın qızı, fiqurlu konkisürən Nadejda Peskova valideynlərindən hansının daha sərt olduğunu cavablandırıb.
Sportinfo.az xəbər verir ki, Nedajda bu barədə TASS agentliyinə danışıb.
12 yaşlı idmançı suala belə vaab verib: “Bu, çətin sualdır . Çox güman ki, atam”.
Peskova Andrey Çelekov ilə duet təşkil edir. Onlar Anjelika Krılovanın rəhbərliyi altında məşq edirlər.

