Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Qalatasaray” Fransada “Lill”i 4:2 hesabı ilə məğlub edib.
Sportinfoo.az xəbər verir ki, ilk dəfə qarşılaşan tərəflərin mübarizəsində İstanbul təmsilçisi tarixi nailiyyətə imza atıb.
İstanbul klubu 1999-cu ilin oktyabrında “Herta Berlin”i 4:1 hesabı ilə üstələdiyi qarşılaşmadan sonra ilk dəfə Çempionlar Liqasında səfər matçında rəqib qapısından 4 top keçirib və cari mövsümdə ilk qələbəsini qazanıb.
“Qalatasaray”a qələbə gətirən qolları 2-ci dəqiqədə Yunus Akgün, 44-cü dəqiqədə Aleksey Batrakov, 52-ci dəqiqədə Berke Özer (öz qapısına) və 61-ci dəqiqədə Viktor Osimhen vurublar.
Ev sahiblərinin qollarını isə 8 və 39-cu dəqiqələrdə Diaun vurmağı bacarıb.
“Qalatasaray” Çempionlar Liqası tarixində Fransa klubunun qapısına bir oyunda 4 qol vurmağı bacaran ilk Türkiyə komandası kimi tarixə düşüb.
