“Turan” səviyyəli legionerlər gətirmək, ÇL-də iddialı çıxış etmək arzusunda

07:20 Voleybol 104
“Turan” səviyyəli legionerlər gətirmək, ÇL-də iddialı çıxış etmək arzusunda

Tovuz rayonunda “Turan” voleybol klubunun Avropa Voleybol Konfederasiyasının Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyadan “Mladost-Zaqreb” ilə keçirdiyi qarşılaşma ilə əlaqədar genişmiqyaslı ictimai tədbirlər təşkil olunub.

Sportinfo.az xəbər verir ki, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Tovuz Olimpiya İdman Kompleksinin qarşısında təşkil olunan tədbirdə yüzlərlə azarkeş iştirak edib.

Proqram çərçivəsində əvvəlcə geniş konsert təşkil edilib, az sonra isə azarkeşlər kompleksin qarşısında quraşdırılmış böyük ekran vasitəsilə beynəlxalq qarşılaşmanı canlı izləmək imkanı əldə edib.

Tovuzda ilk dəfədir belə yüksək səviyyəli beynəlxalq voleybol qarşılaşması münasibətilə bu miqyasda ictimai tədbir keçirilib.

Kompleksin yenidən qurulmasından sonra onun qarşısında təşkil edilən tədbir rayon sakinlərinin və idmansevərlərin bir araya gəlməsinə, beynəlxalq idman yarışının həyəcanını birlikdə yaşamasına şərait yaradıb.

Azərbaycanın voleybol üzrə son çempionu “Turan” y heyətini bir sıra nüfuzlu idmançılarla gücləndirərək, Çempionlar Liqasında da iddialı çıxış etmək arzusundadır.

“Turan”ın Avropa Voleybol Konfederasiyasının Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiya komandası ilə keçirdiyi oyunda 3:0 hesablı inamlı qələbə qazanıb.


Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!