İlkin Fikrətoğlu: Kovaçın fikrini 90 dəqiqəyə dəyişən "Sabah" - VİDEOSÜJET

20:00 Sportinfo TV 145
İlkin Fikrətoğlu: Kovaçın fikrini 90 dəqiqəyə dəyişən "Sabah" - VİDEOSÜJET

"Sabah" Çempionlar Liqasının üçüncü turunu məğlub başa vurdu.

Bakı Olimpiya Stadionunda keçirilən matçda “Borussiya” 2:1 hesablı qələbəyə sevindi.

Bundesliqa təmsilçisinin heyətində Seru Qirassi (10, 53) dubl müəllifi oldu. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazıldı.

Əslində rəqibin səviyyəsini nəzərə alsaq, bu, gözlənilməz olmadı. Amma "Sabah"ın da haqqını vermək lazımdır.

Valdas Dambrauskasın komandası Almaniyanın ən güclü futbol klublarından olan Dormund "Borussiya"sına qarşı layiqli oyun göstərdi. Başqa sözlə, məğlubiyyət utanc gətirmədi...

“Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğlu növbəti süjetini bu qarşılaşmaya həsr edib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti