Mahirin çıxış etdiyi klubda yenidən baş məşqçi istefası gerçəkləşdi

02:30 Hadisə 94
Mahirin çıxış etdiyi klubda yenidən baş məşqçi istefası gerçəkləşdi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.

42 yaşlı mütəxəssis sentyabrın əvvəlində bu posta təyinat alıb. Komanda onun rəhbərliyi altında 2 qələbə və 3 məğlubiyyətlə üzləşib.

Bu, "Rakuv"da cari mövsüm növbəti baş məşqçi istefasıdır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.

Komanda Polşa çempionatında 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM