“Təəssüf ki, “Sabah”la oyunun taleyini daha erkən həll edə bilmədik”

“Təəssüf ki, “Sabah”la oyunun taleyini daha erkən həll edə bilmədik”

“Borussiya”nın (Dortmund) qapıçısı Qreqor Kobel Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qalib gəldikləri oyun (2:1) haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, isveçrəli qolkiper bu barədə DAZN telekanalına açıqlamasında danışıb.

O, komandasının çoxsaylı qol imkanları yaratdığını və oyunun taleyini daha erkən həll edə biləcəklərini söyləyib:

“Bir-iki qolu daha erkən vura və oyunu daha rahat keçirə bilərdik. Çoxlu qol imkanları yaratdıq.

Bu, şübhəsiz ki, son həftələrlə müqayisədə yaxşı göstəricidir və çox müsbət məqamdır. Təəssüf ki, oyunun taleyini daha erkən həll edə bilmədik”.

Digər Xəbərlər
Xəbər Lenti