Ronaldo 30 gün müddətinə millidən uzaqlaşdırıldı, 255 avro cərimələndi - FOTO

10:00 Dünya futbolu 109
Ronaldo 30 gün müddətinə millidən uzaqlaşdırıldı, 255 avro cərimələndi - FOTO

Portuqaliya Futbol Federasiyası (FPF) milli komandanın kapitanı Kriştianu Ronaldo barəsində intizam qərarı qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, 41 yaşlı ulduz futbolçu 30 gün müddətinə milli komandadan uzaqlaşdırılıb və 255 avro məbləğində cərimələnib.

Buna səbəb təcrübəli hücumçunun Portuqaliya milli komandasının Danimarkadakı təlim-məşq düşərgəsini icazəsiz tərk etməsi olub. İnsayderin sözlərinə görə,

Ronaldo kapitan kimi nümunə olmalı olduğunu bildirərək, bu addımına görə cəzalandırılmağı şəxsən özü təklif edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!