“Sabah”ın qolçusu Coy Lens Mikels Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund “Borussiya”sı ilə keçirilən oyundan (1:2) sonra jurnalistlərə danışıb.
Sportinfo.az xəbər verir ki, almaniyalı hücumçu oktyabrın 25-də Misli Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan da danışıb:
“Biz ən yaxşı oyunları keçirmək istəyirik. İndi qarşımızda “Qarabağ” var. Bilirəm ki, sizin üçün də bu, çox xüsusi oyundur – “Sabah” “Qarabağ”a qarşı.
Meydanda yenə yüksək səviyyəli futbolun şahidi olacağıq. Mən də “Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm. Məhz belə oyunların iştirakçısı olmaq istəyirik.
Çox yaxşı hazırlaşacağıq. Bazar günü oynayacağımız üçün yaxşı bərpa olunmağa kifayət qədər vaxtımız var.
“Qarabağ”a qarşı komanda şəklində oynayacağıq, maraqlı olacaq. Üstəlik, bu oyunu öz yeni stadionumuzda keçirəcəyik. Bu, çox xoşdur”.
Misli Premyer Liqasının 9-cu turunun "Sabah" - "Qarabağ" matçı oktyabrın 25-də Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək. Oyun saat 18:00-da başlanacaq.
