Klubun başbilənləri iclas keçirdi, baş məşqçi barədə nə qərar verdi?

14:00 Gündəm 177
Klubun başbilənləri iclas keçirdi, baş məşqçi barədə nə qərar verdi?

«Şəfa»da klubdaxili iclas keçirilib. Rəhbərlik baş məşşçi Zaur Həşimovla bir araya gələrək, Premyer Liqanın ilk i8 turunda qeydə alınan nəticələri müzakirə edib. Yayda paytaxt təmsilçisi ilə 3 illik müqavilə imzalamış mütəxəssis mövsümün geridə qalan hissəsinə dair hesabat verib, komandanın mövcud durumunu dəyərləndirib. «Pro» kateqoriyalı çalışdırıcı inandığını bildirib ki, turnir cədvəlindəki mövqe onu razı salmır, amma tezliklə vəziyyəti dəyişəcəklərinə əmindir. O, ard-arda olaraq medallara iddialı rəqiblərlə üz-üzə gəldiklərini, yenicə formalaşan kollektiv üçün bunun ağır təqvim olduğunu xatırladıb. Rəsmilər yığıncaqda Həşimova öz dəstəyini nümayiş etdirib. «Şəfa»nı çempionatda saxlamaq məsuliyyətini öz üzərinə götürmüş sükançıya inandıqlarını, bundan sonra da arxasında dayanacaqlarını dilə gətiriblər. Bir sözlə, baş məşqçinin diqqətinə çatdırıblar: heç nədən narahat olma, işini gör!
«Şəfa» səkkiz həftədən sonra 3 xala malikdir. «Ağ-göylər» bu göstərici ilə turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti