“Çempionluqlar oktyabrda yox, iyunda qazanılır” - “Barselona”nın baş məşqçisi

“Çempionluqlar oktyabrda yox, iyunda qazanılır” - “Barselona”nın baş məşqçisi

“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda səfərdə PSJ ilə qarşılaşıb. Kataloniya təmsilçisi Parisdə keçirilən oyunda 2:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının məğlubiyyəti ilə bağlı açıqlama verib:

“Çempionluqlar oktyabrda yox, iyunda qazanılır. Xüsusilə də, Çempionlar Liqasında”.

“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Aston Villa”nı qəbul edəcək.

Kataloniyalılar daha sonra isə 5-ci turda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti