Azərbaycan klubu səfərə çıxa bilmədi, aAvrokubok matçı təxirə salındı

07:50 Basketbol 123
Azərbaycan klubu səfərə çıxa bilmədi, aAvrokubok matçı təxirə salındı

FIBA Avropa Kubokunun müntəzəm mövsümü çərçivəsində “Rilski Sportist” və “Gəncə” BK arasında keçirilməli olan oyun baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb Azərbaycan təmsilçisinin səfərə gedə bilməməsidir.

Bu barədə klub özü məlumat yayıb. Bildirilib ki, səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda keçirilməyəcək.

C qrupunun bu qarşılaşmasının oktyabrın 21-də, çərşənbə günü Bolqarıstanın Samokov şəhərində keçirilməsi planlaşdırılırdı.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!