"Təcrübəsizlik və bəxtsizlik dünya çempionatında medal qazanmağa mane oldu"

03:20 Futzal 72
"Təcrübəsizlik və bəxtsizlik dünya çempionatında medal qazanmağa mane oldu"

Azərbaycanın minifutbol üzrə U-23 millisinin Xorvatiyada keçirilən dünya çempionatında medal qazana bilməməsinə təcrübəsizlik və bəxtsizlik səbəb olub.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında yığmanın baş məşqçisi İlkin Hacıyev deyib.

Mütəxəssis komandanın yeni formalaşdığını bildirib:

"Yeni komandadır, təcrübə çatmadı. Bir az da bəxtimiz gətirmədi. Rumıniya ilə oyunda üstünlük bizdə olsa da, təcrübəsizlikdən qol epizodlarından istifadə edə bilmədik.

Macarıstanla qarşılaşmada da eyni ssenari yaşandı. Topa və oyuna nəzarət etsək də, imkanları dəyərləndirə bilmədik".

O, yarışın qrafikinin nəticəyə mənfi təsir göstərmədiyini diqqətə çatdırıb:

"Qrafikin təsir etdiyini deməzdim. Güc baxımından komanda hazır idi. Məğlubiyyətə sırf təcrübəsizlik, şanssızlıq və qol epizodlarını dəyərləndirə bilməmək səbəb oldu".

Azərbaycanın U-23 yığması dünya çempionatının yarımfinalında Rumıniyaya 0:2 hesabı ilə uduzub. Komanda üçüncü yer uğrunda matçda isə Macarıstan millisinə penaltilər seriyasında 2:3 hesabı (əsas vaxt – 0:0) ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM