“Yol bizi hətta Xəzər dənizinə qədər aparsa belə, sənin üçün bu yolu qət etməyə dəyər” - FOTO

00:50 Hadisə 81
“Yol bizi hətta Xəzər dənizinə qədər aparsa belə, sənin üçün bu yolu qət etməyə dəyər” - FOTO

Dortmund “Borussiya”sının azarkeşləri komandalarını dəstəkləmək üçün Almaniyadan Bakıya təxminən 3450 kilometr yol qət ediblər.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında “Sabah”la oyun üçün paytaxtımıza gələn təxminən 1800 alman azarkeş Bakı Olimpiya Stadionunun tribunalarında diqqətçəkən pankart açıblar.

Sarı-qara rənglərlə bəzədilən tribunada nümayiş etdirilən pankartda bu sözlər yazılıb:

“Yol bizi hətta Xəzər dənizinə qədər aparsa belə, sənin üçün bu yolu qət etməyə dəyər”.

Bununla Dortmund klubunun tərəfdarları komandalarına olan sevgilərini və sədaqətlərini ifadə ediblər.

“Borussiya” oyunda 2:1 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM