“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Dortmund “Borussiya”sına qarşı keçirilən oyundan (1:2) sonra fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, polşalı heç-heçə etmək üçün şanslarının olduğunu, lakin bu fürsətlərdən yararlana bilmədiklərini bildirib:
“Bəli, heç-heçə edə bilərdik. Əlbəttə, “Borussiya” dünyanın ən yaxşı komandalarından biridir.
Onlar çoxlu qol imkanları yaradırlar, amma bizim də fürsətlərimiz oldu. Belə səviyyəli oyunlarda rəqibin qol imkanları yaratması təbiidir.
Lakin hesab 1:2 olarkən heç-heçə etmək şansımız var idi. Velko Simiçin və Patrik Mbinanın qol imkanları oldu.
Buna görə də bu gün məyusam. İçimdə bir qədər boşluq hiss edirəm. Çünki sonda qazana biləcəyimiz bir xal bizim üçün çox vacib ola bilərdi”.
“Sabah” Çempionlar Liqasının əsas mərhələsində 3 turdan sonra 3 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. K
omanda növbəti oyununu noyabrın 4-də səfərdə “Vikinq”ə (Norveç) qarşı keçirəcək.
