
“Arsenal” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşlə müqavilə imzaladığını elan etməyə hazırlaşır.
Klublar arasında uzun və çətin danışıqlar nəhayət ki, sona çatıb, müqavilə razılaşdırılıb.
Sportinfo.az “A Bola”-ya istinadən xəbər verir ki, planlaşdırılmamış nəsə baş verməsə, “topçular” bu gün isveçli forvardın transferini rəsmən elan edəcək.
“Arsenal” 27 yaşlı futbolçu üçün 63,5 milyon avro ödəyəcək və “Sportinq” bundan başqa, daha 10 milyon avro bonus qazanacaq.
Qyokereşin özü də London klubu ilə çoxdan razılaşıb və transferin baş tutması üçün əlindən gələni edib.