
“Çelsi”nin hücumçusu Joao Feliksin “Benfika”ya keçidi başa çatmaq üzrədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunu 25 milyon avroya satmağa razılaşıb.
Tərəflər müqaviləni cümə gününə qədər bağlamaq niyyətindədirlər. Artıq Lissabon klubunun portuqaliyalı forvardla müqavilənin əsas şərtlərini razılaşdırdığı bildirilib.
Feliks son mövsümün ikinci yarısında “Milan”da icarə əsasında çıxış etsə də, heyətdə yerini təmin etməyib.
25 yaşlı futbolçu məhz “Benfika”dakı çıxışı ilə tanınıb. O, 2019-cu ildə 126 milyon avroya Portuqaliya klubundan “Atletiko”ya keçib.