"Mən öləcək qədər qorxdum! - Dedilər ki, biz onu ala bilməyəcəyik”

23 İyul 2025 15:20 İngiltərə 518
"Mən öləcək qədər qorxdum! - Dedilər ki, biz onu ala bilməyəcəyik”

“Çelsi”nin müdafiəçisi Mark Kukurella Klublararası dünya çempionatını qazandıqdan sonra mükafatlandırma mərasimi zamanı ABŞ prezidenti Donald Trampın podiumda olmasından qorxduğunu deyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu öləcək qədər qorxduğunu bildirib:

“Bizə dedilər ki, qaydalara görə, Donald Tramp kuboku bizə verməli idi və o gedənə qədər biz onu ala bilməyəcəyik.

Təbii ki, hamımız orada dayanıb onun getməsini gözlədik, amma o, getmək istəmirdi.

Üstəlik, bizə baxıb dedi: “Götürün, mən burada qalacam” və s.

Mən də düşündüm: yaxşı, ona kim nə deyəcək… Mən öləcək qədər qorxdum!”

Mükafatlandırma mərasimi zamanı Tramp bayram edən “Çelsi” oyunçuları ilə bir neçə saniyə ön sırada dayanıb. Daha sonra FİFA prezidenti Canni İnfantino Trampı arxa plana keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti