Peşman olub, onu geri qaytarmaq istəyir - 170 milyon avro ödəməyə hazırdır

23 İyul 2025 00:00 İngiltərə 411
Peşman olub, onu geri qaytarmaq istəyir - 170 milyon avro ödəməyə hazırdır

“Çelsi”nin ulduzu Koul Palmer yenidən “Mançester Siti”yə qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

“Şəhərlilər” Palmeri Kevin De Bryünenin yerinə gətirmək istəyir. İngiltərə nəhəngi yarımmüdafiəçi üçün 170 milyon avro ödəməyə hazırdır.

Futbolçunun özünün də keçidə müsbət yanaşdığı bildirilir.

Palmer “Mançester Siti”nin yetirməsidir. O, 2023-cü ildə 47 milyon avroya “Çelsi”yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb.

Onun xidmətiə PSJ-də maraqlıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti