
"Lids Yunayted" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Hoffenhaym"dan Anton Staxı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Lids Yunayted" almaniyalı dayaq yaarımmüdafiəçisi üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək. 26 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Anton Stax ötən mövsüm "Hoffenhaym"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.