Yeni hücumçu ilə 6 illik müqavilə bağlayacaq, 16 milyon avro maaş verəcək

10:20 İngiltərə 156
Yeni hücumçu ilə 6 illik müqavilə bağlayacaq, 16 milyon avro maaş verəcək

Huqo Ekitike “Liverpul”da “Ayntraxt”dakından daha çox maaş alacaq.

Sportinfo.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, 22 yaşlı hücumçu 2031-ci ilə qədər müqavilə imzalayacaq və vergilər çıxılmadan ildə təxminən 15-16 milyon avro qazanacaq.

Futbolçunun “Ayntraxt”dan transferi İngiltərə klubuna 90 milyon avroya başa gələcək, bonuslarla birlikdə bu məbləğ 95 milyon avroya qədər arta bilər.

Bundesliqanın ötən mövsümündə Ekitiqe 33 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!