
“Mançester Siti” Edersonla yollarını ayıra biləcəyini nəzərə alaraq, qapı xəttini gücləndirmək üçün variantları qiymətləndirir.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub rəhbərliyi artıq “Bernli” ilə Ceyms Traffordun mümkün transferi üçün əlaqə saxlayıb.
22 yaşlı qapıçı 2023-cü ildə məhz “Mançester Siti”dən “Bernli”yə satılmışdı. Həmin transfer zamanı “şəhərlilər” müqaviləyə öncədən geri alma hüququ daxil etmişdilər.
Bu maddə aktivləşdirilərsə, Traffordun transferi “Mançester Siti”yə 40 milyon funt sterlinqə (təxminən 46 milyon avro) başa gələ bilər.
İngiltərəli qolkiper son mövsümdə Çempionşipdə 45 oyunda 16 top buraxaraq, “Bernli”nin Premyer Liqaya yüksəlməsində mühüm rol oynayıb.