“Mançester Yunayted” ingiltərəli futbolçu Meyson Maunt üçün “Çelsi”yə bir daha təklif göndərməyəcək.
Sportinfo.az xəbər verir ki, öncədən “zadəganlar” oyunçu üçün MY-nin iki təklifini rədd etmişdi.
“Mirror”un verdiyi məlumata görə, London klubu “qırmızı şeytanlar”ın 50 milyon funt-sterlinqlik sonuncu təklifini də qəbul etməyib.
Mançester təmsilçisi Meysonu heyətində görmək istəsə də, qeyd olunan məbləğdən yüksək pul ödəmək fikrində deyil.
Maunt 2022/23 mövsümündə “Çelsi”nin heyətində 35 oyuna çıxıb, üç qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

