Premyer Liqa klubundan 2 yeni müqavilə - Müdafiəçi və qapıçı ilə

10 İyul 2023 01:30 İngiltərə 919
Premyer Liqa klubundan 2 yeni müqavilə - Müdafiəçi və qapıçı ilə

“Nyukasl” Pol Dammett və Loris Kariusla müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, həm 30 yaşlı qolkiperlə, həm də 31 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Onlar 2023/2024 mövsümündə də sözügedən klubda çıxış edəcəklər.

Karius ötən ilin sentyabrında “Nyukasl”a transfer olunub. O, 2022/2023 mövsümündə klubun heyətində cəmi 1 oyuna çıxıb. Dammett isə 2013-cü ildən bu klubun uğurları üçün çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM