“İnsanlar qorxur - O, belə davam edərsə...”

10 Dekabr 2024 00:00 İngiltərə 381
“İnsanlar qorxur - O, belə davam edərsə...”

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmeri tərifləyib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, o, Palmerin belə davam edəcəyi halda, bütün zamanların ən böyük “Çelsi” oyunçularından biri kimi tarixə düşəcəyini bildirib:

“O, iki penalti vurdu və Enzo Fernandezin qolunda iştirak etdi. Palmer topu alanda insanlar qorxur.

Ən güclü komandada oynamadı. Geriyə nəzər salsaq, Canfranko Zola və Eden Hazard da daxil olmaqla çoxlu istedadlı “Çelsi” oyunçuları var.

Buradakı 18 ay ərzində Palmer Zoladan daha çox şeyə nail ola bilər. O, belə davam edərsə, bütün zamanların ən böyük “Çelsi”oyunçularından biri kimi tarixə düşəcək”.

“Çelsi” dünən səfərdə “Tottenhem”ə qalib gəlib (4:3). 22 yaşlı futbolçu penaltidən iki qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi