COP29

“Onlara problem yaratmalıyıq, inanılmaz dərəcədə güclü komandadır”

4 Dekabr 2024 00:00 İngiltərə 285
“Onlara problem yaratmalıyıq, inanılmaz dərəcədə güclü komandadır”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou “Liverpul”la oyundan öncə mətbuata açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Liverpul” inanılmaz dərəcədə güclüdür, sadəcə, onların keçən həftə olan oyunlarına baxın. Onlar “Real”ı və “Mançester Siti”ni məğlub etdilər.

Onların oyunçuları əla formadadır. Biz müdafiədə mükəmməl oynamalı, hücumda hərəkətlərimizlə onlara problem yaratmalıyıq.

Təbii ki, matçdan əvvəl həyəcanlıyıq, amma öz stadionumuzda hücuma keçəcəyik. Güclü tərəflərimizdən istifadə etməyə çalışacağıq”.

“Nyukasl” dekabrın 4-də “Liverpul”u qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…