Xəbər verdiyimiz kimi, “Mançester Siti”nin oyunçusu Rodri builki “Qızıl top”un qalibi olub.
Sportinfo.az xəbər verir ki, o, ilk “Ballon d`Or”unu qazanmaqla yanaşı daha bir ilkə imza atıb.
Belə ki, ulduz futbolçu 1960-cı ildən sonra bu mükafatı qazanan ilk ispaniyalı olub.
Sözügedən tarixdə “Qızıl top”a ispaniyalı futbolçu Luis Suares (1935 -2023) laiq görülmüşdü.
O, 1957-1972-ci illərdə İspaniya millisini heyətində çıxış edib. Həmçinin “Barselona”, “İnter” kimi klubların şərəfini qoruyub.