2027-ci ilə qədər qalmaq qərarına gəldi - Paytaxt klubunda

12 Sentyabr 2024 18:40 İngiltərə 562
2027-ci ilə qədər qalmaq qərarına gəldi - Paytaxt klubunda

İspaniyalı mütəxəssis Mikel Arteta 2027-ci ilə qədər “Arsenal”da qalmaq qərarına gəlib.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu ilə baş məşqçi arasında üç illik müqavilə imzalanacaq.

Hazırkı müqavilə daha bir il müddətində qüvvədədir.

Arteta “Arsenal”ın baş məşqçisi kimi 3 turnirin qalibi olub: bir dəfə İngiltərə kuboku və iki dəfə İngiltərə superkubokunda.

“Arsenal” bu mövsüm 3 turdan sonra 7 xal toplayaraq, Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!