Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırdır - Braziliyalı hücumçu

7 Avqust 2024 12:00 İngiltərə 845
Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırdır - Braziliyalı hücumçu

“Tottenhem”in hücumçusu Riçarlison karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə hazırdır.

Sportinfo.az “TalkSPORT”-a istinadən xəbər verir ki, “Əl-Əhli” braziliyalı futbolçuya maraq göstərir.

27 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırdır. “Tottenhem” onunla ayrılmaq istəmir, lakin sərfəli təklifləri nəzərdən keçirə bilər.

Riçarlisonun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, ötən mövsüm bütün turnirlərdə 31 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR