60 milyon avroya yarımmüdafiəçi ala bilər - “Mançester Yunayted”

30 İyul 2024 12:20 İngiltərə 1 255
60 milyon avroya yarımmüdafiəçi ala bilər - “Mançester Yunayted”

“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.

25 yaşlı yarımmüdafiəçinin müqaviləsində 60 milyon avroya satınalma bəndi var. “Qırmızı şeytanlar” bu məqamdan yararlanmaq istəyirlər.

Onlar Subimendinin özünə 5 illik müqavilə təklif edirlər.

Futbolçu 2020-ci ilin sentyabrından “Real Sosyedad”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2026/27 mövsümünün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM