Sabiq "Mançester Yunayted"li Türkiyəni bu ölkəyə dəyişdi

1 Oktyabr 2023 21:00 İngiltərə 696
Sabiq "Mançester Yunayted"li Türkiyəni bu ölkəyə dəyişdi

"Mançester Yunayted"in sabiq futbolçusu Morqan Şnayderlin Yunanıstanda oynayacaq.

Sportinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Kifisias"la anlaşıb.

O, yeni komandasına azad agent kimi qoşulub. Yayda "Konyaspor"a keçmiş futbolçu müqaviləsini ailəvi səbəblərini əsas gətirərək ləğv etmişdi.

33 yaşlı futbolçu “Strasburq”, “Southempton”, “Mançester Yunayted”, “Everton”, “Nitsa”, “Vestern Sidney” klublarında oynayıb və Fransa millisinin formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti