“Mənə dedilər ki, klubun onunla razılığa gəldiyini təsdiqləyə bilərəm”

11 Avqust 2023 18:40 İngiltərə 510
“Mənə dedilər ki, klubun onunla razılığa gəldiyini təsdiqləyə bilərəm”

Baş məşqçi Jurgen Klopp “Liverpul”un “Brayton”un futbolçusu Moyses Kaysedonun transferi ilə bağlı razılığa gəldiyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis, klubdan ona Kaysedo ilə razılığa gəlindiyini dediklərini bildirib:

“Mənə dedilər ki, klubun Kaysedo ilə bağlı razılığa gəldiyini təsdiqləyə bilərəm. Amma hələ oyunçunu görməmişik.

Kaysedo bu gün yoxlanışdan keçəcək? Deyə bilmərəm”.

Kaysedonun 110 milyon funt-sterlinqə “Liverpul”a keçəcəyi bildirilirdi ki, bu da Premyer Liqa rekordu olacaq.

Kaysedo 2022/23 mövsümündə “Brayton”un heyətində 43 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun “qağayılar”la müqaviləsi 2027-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR