“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, İngiltərə çempionu braziliyalı üçün 70 milyon funt-sterlinq təklif edib.
Londonlular hələ bu təklifə cavab verməyiblər.
Paketa 2022-ci ilin avqustunda 51 milyon funt-sterlinqə Fransanın “Lion” klubundan “Vest Hem”ə keçmişdi.
“Sambaçı” 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mançester təmsilçisi yay transfer pəncərəsində “Çelsi”dən Mateo Kovaçiçi, “Leyptsiq”dən Yoşko Qvardiolu transfer edib.

